ABŞ İsrailə dəhşətli bombalarla dəstək verəcək

ABŞ İsrailə dəhşətli bombalarla dəstək verəcək

Ekspertlər bildirir ki, İranın dağ altında yerləşən Fordo nüvə obyektinə yalnız ABŞ-ın 13 600 kiloqramlıq MOP bombası zərər verə bilər.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Trampın İsrailin İrana qarşı hücumlarını dəstəkləyəcəyi təqdirdə, Vaşinqtonun bölgədə öz ən güclü silahlarını işə sala biləcəyi ehtimal olunur. Ekspertlərin fikrincə, İranın Fordo nüvə obyektini sıradan çıxarmaq üçün yalnız ABŞ-ın 13 600 kiloqram çəkili "MOP" (Massive Ordnance Penetrator) adlı bunker dağıdıcı bombası kifayət qədər gücə malikdir.

Qeyd edək ki, Fordo nüvə obyektinin yerin dərinliklərində, dağ altında yerləşməsi onun adi raket və bombalara qarşı demək olar ki, toxunulmaz olmasına səbəb olur. Bu səbəbdən yalnız xüsusi bunker əleyhinə silahların tətbiqi ilə ciddi zərər vurmaq mümkündür.

"Cebheinfo.az"