Lavrov Azərbaycana təşəkkür etdi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya XİN rəhbəri incəsənət xadimləri daxil olmaqla, Rusiya vətəndaşlarının İrandan təxliyəsi istiqamətində ölkəmiz tərəfindən göstərilən dəstəyə görə ölkə rəhbərliyinə və bütün aidiyyəti qurumlara təşəkkür edib.
Xatırladaq ki, bir neçə gün öncə Rusiya da daxil olmaqla bir sıra ölkələr İranda yaranmış böhran vəziyyəti ilə bağlı vətəndaşlarının təxliyəsi üçün Azərbaycandan kömək istəmişdi.
"Cebheinfo.az"