İran banklarında pul TAPILMIR

İran hökumətinin sözçüsü Fatma Mühacerani ölkədə kiberhücumlar səbəbindən internet problemlərinin yaşandığını və iki bankın kiberhücumlara məruz qaldığını bildirib.
"Cebheinfo.az"-ın İranın rəsmi agentliyi İRNA-ya istinadən məlumatına görə, hökumət sözçüsü Mühacerani ölkənin çökmüş bank sistemi ilə bağlı verdiyi açıqlamada “Sepah” və “Pasargad” banklarının kiberhücumlara məruz qaldığını deyib.
Sözügedən hücumun məlumat sızması məqsədi daşımadığını, bank əməliyyatlarının pozulması ilə əlaqədar olduğunu bildirib. Mühacerani bank müştərilərinin məlumat təhlükəsizliyi ilə bağlı narahatlığa ehtiyacı olmadığını, mütəxəssislərin məsələni araşdırdıqlarını və qısa zamanda problemin həll ediləcəyini bildirib.
Yollarda sıxlıq səbəbindən bəzi bank filiallarına nağd pulun çatdırılmasında problemlər var. “Sepah Bank”ın hərbi təqaüdçülərin maaşlarını ödəyən bank kimi mühüm rola malikdir və bu problemin qısa zamanda həll edilməsi gündəmdədir. İranda internet problemlərinə də toxunan Mühacerani kiberhücumlar olduğunu deyib: “Fövqəladə bir vəziyyət olmadıqca milli internetə keçməyəcəyik”.
Nigar Hacılı
"Cebheinfo.az"