"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azalıb

"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqiblərinin sayı azalıb

"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

"Cebheinfo.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb.

Səpələnmişlər səbətində yer alan Qurban Qurbanovun komandası üçüncü qrupda qərarlaşıb.

Azərbaycan çempionunun mümkün rəqibləri I təsnifat mərhələsində üz-üzə gələcək "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina), "KuPS" (Finlandiya) - "Milsami" (Moldova), TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya) və "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları iyulun 22 və 29-da keçiriləcək.

"Cebheinfo.az"