Tofiq Musayev: "UFC-də iştirak etmək hər idmançının arzusudur"

"UFC-də iştirak etmək hər idmançının arzusudur".
"Cebheinfo.az" xəbər verir ki, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev mətbuat konfransında deyib.
35 yaşlı idmançı yarışa çox yaxşı hazırlaşdığını söyləyib:
"Rəqibimi analiz etmişəm. Ölkəmi layiqincə təmsil etmək üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. T. Musayev Qırğızıstandan olan Myktybek Orolbai ilə üz-üzə gələcək.
"Cebheinfo.az"