Sumqayıtda "Kalaşnikov" avtomatı və ov tüfəngi aşkarlanıb

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə "Xəzər bağları" ərazisində qeydə alınıb.
Ərazidən 1 ədəd 7,62 kalibrli “AKS” markalı “Kalaşnikov” avtomatı və 16 kalibrli, “TOZ-63” markalı ov tüfəngi tapılıb.
Tapılan silahlar aidiyyatı üzrə təhvil verilib.
"Cebheinfo.az"