Tehran üzərində F-35 VURULUB

İranın hava hücumundan müdafiə sistemləri Tehranın cənub-şərqində yerləşən Vəramin şəhəri üzərində İsrailə məxsus hərbi təyyarəni vurub.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Mehr” agentliyi şəhər hökumətinin sözçüsü Hüseyn Abbasiyə istinadən məlumat yayıb.
"Təhlükəsizlik xidməti və hərbçilər insidentin təfərrüatlarını öyrənirlər və əlavə məlumat tezliklə açıqlanacaq", - Abbasi qeyd edib.
Daha sonra o, İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35-in şəhərin səmasında vurulduğunu deyib.
Xəzər
“Cebheinfo.az”