Azərbaycana yatırılan xarici investisiyaların həcmi açıqlanıb

2025-ci ilin yanvar-may aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 1 milyard 646.7 milyon manat investisiya edilib.
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyaların 24.6%-ni təşkil edib.
Qeyd edək ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 1 milyard 598,5 milyon manatı (97,1 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, İsveçrə, Yaponiya, İran İslam Respublikası, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.
"Cebheinfo.az"