Putinin andiçmə mərasimi canlı yayımlanacaq

Putinin andiçmə mərasimi canlı yayımlanacaq

“Rossiya 1” telekanalında “Həftənin xəbərləri” proqramında Rusiya Prezidentinin andiçmə mərasiminin canlı yayımının anonsu edilib.

Açıqlamaya görə, Vladimir Putinin andiçmə mərasiminin canlı yayımı “Rossiya 1” telekanalında mayın 7-də Moskva vaxtı ilə saat 12:00-da baş tutacaq.

“Cebhe.info” xəbər verir ki, daha əvvəl Federasiya Şurasının Qaydalar Komitəsinin rəhbəri Vyaçeslav Timçenko “RİA Novosti” prezidentin andiçmə mərasiminin mayın 7-də baş tutacağını deyib. 

Prezidentin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib ki, inauqurasiya kimi hadisələr müxtəlif təxribatlara səbəb olur:

“Moskva bu təxribatlara qarşı durmağı öyrənib”.

Xəzər
“Cebhe.info”