SEPAH yeni dron yaradıb

SEPAH yeni dron yaradıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) quru qüvvələrinin döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracağı gözlənilən yeni kamikadze pilotsuz uçan aparat yaradıb.

“Cebhe.info” “Tasnim”-ə istinadən xəbər verir ki, yeni dronun adı hələ açıqlanmayıb.

Onun Rusiyanın ZALA Lancet dronuna bənzədiyi qeyd edilir.

İran mediası yazır ki, bu silah pusquya qarşı mübarizədə geniş istifadə olunur.

Elektro-optik sistemlər və inteqrasiya edilmiş döyüş başlığı ilə təchiz edilmiş rouminq PUA yerüstü döyüşlərdə geniş istifadə olunur. Belə dronlar hədəfi aşkar edənə qədər müəyyən ərazi üzərində dövrə vurur.

Kiçik ölçülərini nəzərə alaraq, bu dronları quru qoşunları daşıya və müxtəlif əməliyyatlarda istifadə edə bilərlər.

Xəzər
“Cebhe.info”