Sirli ölümlər: Bu məzarı açanlar niyə ölüb?

Sirli ölümlər: Bu məzarı açanlar niyə ölüb?

Alimlər həvəskar tədqiqatçı Hovard Karterin rəhbərliyi altında Tutanxamonun (Tutanhamon (təq. e.ə. 1341 – təq. e.ə. 1323-ci illərdə yaşamış Misir fironu olub.

Onun qəbri 1922-ci ildə tapılan zaman ətrafdakı insanlar naməlum səbəbdən ölməyə başlamışlar. Son araşdırmalar göstərir ki, ətrafdakı insanların çoxu qoca insanlar olublar)  məzarını kəşf edənlərin ölüm səbəbini müəyyən ediblər. 

“Cebhe.info” bu barədə “RİA Novosti”-yə istinadən məlumat yayıb.

Krater 3 yanvar 1924-cü ildə uzun mübahisələrdən sonra türbəni açıb. Ekspedisiyanın pulunu ingilis milyoner Corc Herbert təmin edirdi. Otaqda çoxlu qızıl əşyalar, araba, kral taxtı, vazalar, bir neçə sandıq və qiymətli əşyalar tapılıb. Qapının üstündə “Nebxeprura” yazısı var idi ki, bu da ziyarətgah mənasını verir.

Corc Herbert keçən il gözlənilmədən ölüb. Rəsmi versiyaya görə ölüm qan zəhərlənməsindən baş verib. 1923-cü ildə Misir şahzadəsi Əli Kamel Fəhmi bəy, 1924-cü ildə isə radioloq Ser Arçibald Duqlas-Reid vəfat etdi. Arxeoloq Artur Meys 1928-ci ildə, Hovard Karterin katibi Riçard Bartel isə 1929-cu ildə ölüb.

Herbertin ölüm səbəblərindən biri tənəffüs yollarına təsir edən mikroskopik göbələk Aspergillus tərəfindən törədilən mağara xəstəliyi olub. Ancaq digər ölümlərin məzarın sirri ilə əlaqəsi olmadığı ortaya çıxıb. Şahzadə Əli Kamel Fəhmi bəy öz həyat yoldaşı tərəfindən vurulub və radioloq Arçibald Duqlas-Reid böyük dozada şüa aldığından öldüyü deyilib.

Xəzər
“Cebhe.info”