Yenə Quranı yandırdılar

Yenə Quranı yandırdılar

Stokholmda yenə Quranı yandırıblar.  Aksiyaya  isveçli fəal Jade Sandberg rəhbərlik edib.

“Cebhe.info” Türkiyənin “A haber” telekanalına istinadən xəbər verir ki, müsəlmanların müqəddəs kitabının təhqir olunmasını İsveç polisinin himayəsi altında baş verib.

Sosial şəbəkələrdə aprelin 26-da Stokholmun rayonlarından birində baş vermiş hadisə ilə bağlı video yayılıb. Fəal mayın 3-də Malmödə oxşar aksiya keçirəcəyini bildirib.

Aprelin 17-də İsveç polisinə Quranın yandırılmasının planlaşdırıldığı ictimai toplantının keçirilməsi tələbi daxil olub. Mərasim mayın 3-də “Eurovision” musiqi yarışması ərəfəsində Qustav Adolf meydanında baş tutmalıdır.

Xəzər
“Cebhe.info”