Türkiyə ordusu İraqda və Suriyada 3 terrorçunu zərərsizləşdirib
Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında ümumilikdə üç terrorçunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.
“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk bölgəsindəki 2 PKK terrorçusunu və Suriyanın şimalındakı “Barış Pınarı” bölgəsində təsbit etdiyi 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – mətbuat xidməti qeyd edib.
Xatırladaq ki, aprelin 24-də Türkiyə MN İraqın Hakurk bölgəsində altı terrorçunu zərərsizləşdirdiyini açıqlamışdı.
"Cebhe.info"