ABŞ-də seçki: Kim Oval kabinetə daha yaxındır? -YENİLƏNİB 2

09.07
ABŞ prezident seçkisində Demokratlar Partiyasından namizəd olan Kamala Harrisin səsləri artır.
"Cebheinfo.az" "Associated Press"ə istinadən xəbər verir ki, o, artıq 205 səs toplayıb.
Bununla belə, 230 səsi olan Donald Tramp irəlidədir.
08.47
ABŞ prezidentliyinə namizəd Donald Tramp çərşənbə günü səhər saat 7:15-də ən azı 216, rəqibi Kamala Harris isə 117 səs toplayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ-da səsləri sayan "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp artıq 20-dən çox ştatda, Harris isə ondan çox ştatda qalib gəlir.
Qələbə qazanmaq üçün namizədlər ən azı 270 seçici səsini almalıdırlar. Üstəlik, indiyədək ənənəvi olaraq “respublika” və “demokratik” ştatlarda yalnız səslər hesablanıb, seçkinin nəticəsi isə “yelləncək” ştatları tərəfindən müəyyən edilir.
***
Amerika Birləşmiş Ştatlarında 60-cı prezident seçkiləri keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, indiyə qədər Donald Tramp seçicilərin 52,5%-nin (42520660 səs) dəstəyi ilə 198 səs qazanıb.
Onun rəqibi Kamala Harris isə 109 səslə ilə (37452293 səs) ikinci yerdədir. Bəzi rəy soğuları Trampın qalib olacağını göstərir.
Seçkilərdə qalib gəlmək üçün namizədin 270 seçici səsi toplaması lazımdır.
Xəzər
"Cebhenfo.az"