Xilasedicilər Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyitini çıxarıb - YENİLƏNİB

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən 1 nəfərin meyitini çıxarıb - YENİLƏNİB

Göygöldə çətin keçilən ərazidən meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, meyiti aşkarlanan Qızılca kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramovdur.

Faktla bağlı araşdırma aparılır.

***

saat 16.21

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən verilən xəbərə görə, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

"Cebhe.info"