Yevlaxda avtomobil yük maşınına çırpılıb

Yevlaxda avtomobil yük maşınına çırpılıb

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına görə, "Hyundai" markalı avtomobilin betonqarışdıran yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Elçin oğlu Yusibov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"