Mingəçevirdə kütləvi dava olub

Mingəçevirdə kütləvi dava olub

Mingəçevir şəhərində kütləvi dava olub, xəsarət alanlar var.

"Report"un məlumatına görə, şəhər sakinləri C.Qarayev və oğulları E.Qarayev və İ.Qarayev, həmçinin E.Abdullayev mübahisə zəminində kəsici alətlərlə xəsarətlər alıblar.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, C.Qarayev şəhər ərazisində daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.

Faktla bağlı araşdırma aparılır.

"Cebhe.info"