Babək rayonunda fərdi yaşayış evində yanğın olub

Babək rayonunda fərdi yaşayış evində yanğın olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

İlkin məlumata görə, ev sahibi Didivar kənd sakini, 1960-cı il təvvəllüd Allahverdiyev Nurəddin Tarverdi oğlu spirtli içki qəbul etdikdən sonra evini yandırıb.

"Cebhe.info"