Azərbaycan Premyer Liqasını tərk edəcək komanda bəlli olub

Azərbaycan Premyer Liqasını tərk edəcək komanda bəlli olub

Futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edəcək komanda müəyyənləşib.

"Qəbələ" elita ilə vidalaşmalı olacaq.

XXXII turda evdə "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "qırmızı-qaralar"ın çempionatda sonuncu – onuncu olacağı dəqiqləşib. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Martins Junior vurub.

"Kəpəz" sona dörd tur qalmış xallarının sayını 34-ə çatdırıb və hələlik 8-ci pilləyə yüksəlib. "Qəbələ"nin 17 xalı var.

Qeyd edək ki, XXXII turun "Neftçi" - "Turan Tovuz" və "Sumqayıt" - "Qarabağ" matçları bu gün keçiriləcək. Tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.

"Cebhe.info"