"Qarabağ"ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib

"Qarabağ"ın sabiq qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçib

Türkiyə "Konyaspor"unun qapıçısı İbrahim Şehiç karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Klubun rəsmi saytı xəbər verir ki, bosniya və herseqovinalı qolkiper bu ölkənin "Əl-Halic" komandasına keçib.

35 yaşlı oyunçu tezliklə Seyhət şəhərinin təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, "Konyaspor"da 2020-ci ilin yayından çıxış edirdi.

Cebhe.info