Neftin qiyməti ilin ən yüksək həddinə çatıb

Neftin bir bareli 100 dollara qalxa bilər.
Cebhe.info xəbər verir ki, bu barədə "Çevron" şirkətinin baş direktoru Mayk Virt məlumat yayıb. Beynəlxalq bazarlarda "Brent" markalı neftin bir barreli 94,83 dollara satılır. Ötən gün 94,95 dollara kimi bahalaşan "Brent" markalı neftin bir barel qiyməti günü 94,43 dollarla başa vurub.
“Brent” markalı neftin bir barelinin qiyməti bu gün 10:28-də bağlanış vaxtı ilə müqayisədə 0,42 faiz artaraq 94,83 dollar olub. Eyni zamanda, "West Texas Intermediate" (WTI) markalı xam neftin bir barreli 91,06 dollara satılıb.
Mayk Virt bəyan edib ki, neft qiymətlərindəki artım tendensiyası bir barel üçün 100 dollar səviyyəsini göstərir.
Neftin yüksək qiymətləri ABŞ və dünya iqtisadiyyatına təsir edir, lakin ABŞ iqtisadiyyatı buna dözə bilər. Neft qiymətləri ilin son rübündə qlobal tədarük çatışmazlığı ilə bağlı narahatlıqlar səbəbindən ilin ən yüksək səviyyəsindədir. Səudiyyə Ərəbistanı və Rusiyanın uzunmüddətli hasilatı azaltmasının tələb-təklif balansındakı boşluğu artıracağı təxmin edilir.
Qlobal tədarüklə bağlı narahatlıqları dəstəkləyən başqa bir məlumat dünən ABŞ Enerji İnformasiya Administrasiyasından (EIA) gəldi. "EIA", ABŞ-da şist neft hasilatı yüksək olan bölgələrdə hasilatın oktyabr ayında gündəlik 9,4 milyon barrelə düşəcəyini açıqladı ki, bu da may ayından bəri ən aşağı səviyyədir.
Nigar Hacılı
Cebhe.info