Ötən ay Azərbaycana idxal edilmiş buğdanın orta qiyməti 28% azalıb

2023-cü ilin oktyabr ayında Azərbaycana idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 410.26 manat təşkil edib.
Cebhe.info-nun Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin orta qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.9% və ya 158.89 manat azalıb. Belə ki, 2022-ci ilin oktyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 569.15 manat təşkil edib.
Xatırladaq ki, bu ilin oktyabr ayında ölkəyə idxal edilən buğdanın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 156 947 ton təşkil edib.
Qeyd edək ki, cari ilin sentyabr ayında Azərbaycana gətirilmiş buğdanın orta idxal qiyməti 404.35 manata bərabər olub.
Cebhe.info