Bakıda 56 yaşlı kişi qətlə yetirildi

Bakıda 56 yaşlı kişi qətlə yetirildi

Noyabrın 13-ü saat 18 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Vidadi Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.

Aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Bəhriş Fərəcovun aralarında yaranmış mübahisə zamanı Vidadi Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəhriş Fərəcov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

***

Saat 19:17

Noyabrın 13-də saat 18:30 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1967-ci il təvəllüdlü Əliyev Vidadi Feyruz oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Fərəcov Bəhriş Müşdaba oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Cebhe.info