Hansı əməliyyatlarda ölüm riski çoxdur? - SİYAHI

Hansı əməliyyatlarda ölüm riski çoxdur? - SİYAHI

Əksər yaşlı insanlar hər hansı bir təcili əməliyyata müəyyən narahatlıqla yanaşırlar.

Yeni bir araşdırma bu cür əməliyyatlardan kimin daha çox ağırlaşma riski altında olduğunu və hansı əməliyyatların daha çox problem yarada biləcəyini öyrənməyə çalışıb.

Burada iki əsas amil ortaya çıxıb: 65 yaşdan yuxarı xəstənin təcili prosedurdan əvvəl zəiflik dərəcəsi və əməliyyatda iştirak edən risk dərəcəsi.

“Cebhe.info” xəbər verir ki, tədqiqatçılar Amerika Cərrahlar Kollecinin (ACS) məlumatlarını araşdırıblar.

Onlar yaşı 65-dən yuxarı olan 57 000-ə yaxın insanın tibbi sənədlərini yoxlayıblar.

Onlar həmçinin prosedurları iki kateqoriyaya ayırdılar: yüksək və ya aşağı risk.

Appendektomiya və ya öd daşının çıxarılması kimi əməliyyatlar “aşağı risk” kateqoriyasına düşür. “Yüksək risk” kateqoriyasına kolon cərrahiyyəsi, nazik bağırsağın bir hissəsinin cərrahi yolla çıxarılması və perforasiya olunmuş xoraların müalicəsi kimi prosedurlar daxildir.

Təxminən 25 000 prosedur aşağı riskli, 35 500-ə yaxını isə yüksək risk kimi təsnif edilib.

Alimlər belə qənaətə gəliblər ki, fəsadlar və ölüm riski xəstənin nə qədər zəif olmasından deyil, prosedurun risk dərəcəsindən asılıdır.

Xəzər
“Cebhe.info”