Kabab da ziyanlı çıxdı

Kabab da ziyanlı çıxdı

May bayramlarında kabab bişirmək  üçün ruslara 140 vaqon, təxminən 10 min ton kömür lazımdır. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “Roslesinforq” saytında dərc olunmuş məlumatda deyilir.

Təşkilat xəbərdarlıq edib ki, pikniklər ətraf mühitə zərərlidir və kabab bişirmək böyük bir karbon izi buraxır.

Heyvan nə qədər böyükdürsə, karbon da bir o qədər çox olur. Ən ziyanlısı mal ətidir - hər kiloqram ət üçün təxminən 27 kiloqram CO2. Toyuq üçün hər kiloqramda bu rəqəm  6,9-dur. Bundan əlavə, manqalda kömür yandırmaq qaz sobasında bişirməkdən daha az karbon buraxır. Ətraf mühitə zərəri minimuma endirmək üçün mütəxəssislər manqalları elektrik avadanlıqları ilə əvəz etməyi məsləhət görürlər:

“Açıq havada yemək bişirməyin karbon izi avtomobillə həmin yerə gedib-gəlməkdən başlayır”. 

Mütəxəssislərin fikrincə, piknikə elektromobillə gəlmək və ya ictimai nəqliyyatdan istifadə etmək daha yaxşıdır. Həmçinin, velosiped sürmək və ya sadəcə gəzmək ətraf mühitə daha az ziyan vuracaq.

Bundan əvvəl braziliyalı alimlər ekoloji cəhətdən təmiz ətin sirrini açmışdılar. Onlar bildiriblər ki, otlaqların yaxınlığında evkalipt əkməklə inək fermalarından iqlimə zərər verən emissiyaları azalda bilərsiniz.

Xəzər
“Cebhe.info”