Məşhur müğənni sevgilisi gizli nişanlandı

Məşhur müğənni Dua Lipa ilə sevgilisi, aktyor Kallum Törnerin gizlicə nişanlandığı məlum olub.
“Cebheinfo.az” xəbər verir ki, aktyorun yaxın dostu cütlüyün gizlicə nişanlandığını və Yeni il gecəsi ailəsi və dostları ilə nişanlarını qeyd etməyi planlaşdırdıqlarını bildirib:
"Dua və Kallum bir-birlərini çox sevirlər və bu münasibətin sonsuza qədər davam edəcəyini deyirlər. Onlar nişanlandılar və çox xoşbəxtdirlər. Dua karyerasının ən yaxşı illərindən birini keçirdi və o sanki tortun üzərindəki çiyələk oldu".
Bundan əvvəl Dua Lipa İnstaqramda nişan barmağında üzüklə çəkdirdiyi fotosunu paylaşmışdı.
2024-cü ili uğurla keçirən 29 yaşlı Dua Lipa və 34 yaşlı Turner ilin əvvəlindən birlikdədirlər.
Əfsanə Rəcəb
“Cebheinfo.az”