Nadir Qafarzadə Azərbaycandan köçür? - Özü açıqladı

Sosial şəbəkələrdə dolaşan məlumata görə, müğənni Nadir Qafarzadə ölkəni tərk edir.
Onun ölkəni bir neçə səbəbdən tərk edəcəyi deyilir.
Nadir Qafarzada “Cebhe.info”-ya açıqlamasında bildirib ki, ölkədən getməsi barədə xəbərlər doğru deyil:
“Sosial şəbəkələrdə məlumat dolaşır ki, güya mən ölkədən getməyə qərar vermişəm. Mən uzun müddətdir ki, sənət aləmindəyəm. Heç şübhəsiz ki, ölkə musiqisinə öz töhfələrim olub. Bunlar olduğu halda nəyə görə mən ölkədən gedim? Bütün söyləntilər yalandır, ölkədən getmək kimi niyyətim yoxdur”.
Həsən Məmmədov
“Cebhe.info”