Qonaqlıqlardan “sağ” qayıtmaq üçün: Bunları edin

Qonaqlıqlardan “sağ” qayıtmaq üçün: Bunları edin

Bayram şənliklərində, ziyafətlərdə ağır yeməklərdən sonra səhhətinizdə problem yaranmaması üşün atacağınız addım çox asandır. 

“Cebhe.info” xəbər verir ki, bu barədə dietoloq Natalya Sevostyanova danışıb. 

O, yeməkdən əvvəl limonlu ilıq su içməyi məsləhət görüb.

"Bayram şənliklərində problemlə üzləşməmək üçün yeməkdən əvvəl limon əlavə edə biləcəyiniz ilıq su için”,-deyə o bildirib.

Bundan əlavə, Sevostyanova amin turşularının, həzm fermentlərinin və simbiotiklərin istifadə qaydalarından da danışıb:

"Yeməkdən əvvəl taurini 500 milliqram dozada qəbul edə bilərsiniz".

Mütəxəssislər həmçinin maqnezium, bioloji aktiv maddələr və lif olan daha çox göyərti yeməyə çağırıb. Sevostyanovanın sözlərinə görə, səkkiz saatlıq  yuxu haqqında unutmaq olmaz. Bu, səhhəttiniz üçün əsl dərmandır.

Xəzər
“Cebhe.info”