Roza Zərgərli: "Əslində yeriməməliyəm"

Roza Zərgərli: "Əslində yeriməməliyəm"

"Bədənimi formaya salmq üçün heç bir əməliyyat keçirməmişəm. İki dəfə liposaksiya etdirmişəm. Çünki çox böyük idim. Ayağımda koksartroz (bud-çanaq oynağının zədələnməsi) dördüncü dərəcədir. Yeriməkdə problemlərim var. Buna görə də dikdaban ayaqqabıda duruşum fərqli görünür. Çünki diz qapaqlarım açılmır".

"Cebhe.info" Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Zarafat bir yana" verilişində deyib. O, hər il səhhətindəki problemə görə əməliyyat olunduğunu bildirib: 

"Heç bir tanınmış sima öz mənfisi haqda danışmaz. Oynaqlarımda böyük problem var. Hər il bir dəfə əməliyyat olunuram. İlk dəfə bu verilişdə deyirəm. Heç yerdə deməmişəm. Bəzən sosial şəbəkələrdə "Raxitdir", "Ayaqları əyridir" yazırlar. Əslində mənim kimi adam heç yeriməməlidir və tamaşaçı qarşısına çıxmamalıdır. Amma mən ağrılara baxmayaraq, ağrıkəsici içə-içə sevənlərimin yanına gəlirəm".

"Cebhe.info"