Yatmazdan əvvəl bir dilim yeyin - Heyvanın faydaları

Yatmazdan əvvəl bir dilim yeyin - Heyvanın faydaları

Gecə yatmazdan əvvəl bir dilim heyva yemək sağlamlığa faydalıdır.

Adətən payızda yetişən bu meyvə təzə, marmelad, mürəbbə, kompot kimi fərqli şəkildə istifadə edilə bilər.

"Cebhe.info" gecələr heyva yeməyin möcüzəvi faydalarını təqdim edir:

*Kalium, maqnezium, manqan və C vitamini ilə zəngin olan heyva xüsusilə sinir sistemi və əzələ funksiyaları üçün vacibdir.

*Heyva şəkəri ən az olan meyvələrdəndir və qan şəkərini artırmır, lazımsız kalori ehtiva etmir. Bu səbəblə rahatlıqla istehlak edilə bilər.

*Gecələr heyva yemək iştahı yatırır və yüksək lif tərkibi sayəsində toxluq hissi verir. Beləliklə, çəkini nəzarətdə saxlamağa nail olmaq olar.

*Yuxudan əvvəl yeyilən bir dilim heyva gecə boyu orqanizmin qan şəkərini balanslı saxlamağa kömək edir.

*Yatmadan əvvəl heyva yemək sinəni yumşaldır və öskürəyin qarşısını alır.

Ləman İsmayıl
"Cebhe.info"