“Maraz Ali” geri qayıdır?

“Maraz Ali” geri qayıdır?

Türkiyənin “Show TV” telekanalının yeni serialı “Deha” ilə bağlı sürpriz bir iddia yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, karyerasını bitirən məşhur aktyor Mehmet Akif Alakurtun layihədə çəkilə biləcəyi deyilir.

İddialara görə, sevilən ulduz “Deha”da qonaq oyunçu kimi rol alacaq. 

Sözügedən iddialar Türkiyə mətbuatında və sosial şəbəkələrdə geniş əks-səda doğurub. M.A.Alakurt isə iddialara reaksiya verməyib.

Xatırladaq ki, Mehmet Akif Alakurt “Sıla” və “Adanalı” kimi yüksək reytinqli seriallarda rol alıb. Onun xüsusilə “Adanalı”da canlandırdığı “Maraz Ali” obrazı daha çox populyarlaşmasına və sevilməsinə səbəb olub.

Aslan
“Cebheinfo.az”