Putin: “Rusiya nüvə silahından istifadəyə hazırdır”

Putin: “Rusiya nüvə silahından istifadəyə hazırdır”

“Söhbət Rusiya dövlətinin mövcudluğundan, ölkənin suverenliyinə və müstəqilliyinə zərər vurmasından gedirsə, Rusiya nüvə silahından istifadə etməyə hazırdır”. 

“Cebhe.info” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” və “RİA Novosti”-də jurnalist Dmitri Kiselevlə müsahibəsində bunu bildirib.

“Silahlar istifadə üçün var. Bizim öz prinsiplərimiz var. Onlar nədən danışırlar? Əgər biz Rusiya dövlətinin mövcudluğundan, suverenliyimizə, müstəqilliyimizə xələl gətirən silahlardan, o cümlədən sizin qeyd etdiyiniz silahlardan istifadə etməyə hazırıq. Strategiyamızda hər şey yazılıb, biz onu dəyişməmişik”, - Putin Ukrayna münaqişəsi ilə bağlı nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı sualı cavablandırarkən deyib.

Xəzər
“Cebhe.info”