AzTV Araikin müsahibəsini bu axşam yayımlayacaq

AzTV Araikin müsahibəsini bu axşam yayımlayacaq

Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyanın AzTV-yə müsahibəsi bu gün efirə veriləcək.

"Cebhe.info" xəbər verir ki, bu barədə bir müddət öncə telekanalın sosial media hesabında bildirilmişdi.

Anonsda yer alan Dövlət Təhlükəsizliyi Xidmətinin Xankəndidəki antiterror əməliyyatından kadrlar da martın 28-də efirə gedəcək sənədli filmdə yer alacaq.

Araik Arutyunyanın Azərbaycan Dövlət Televiziyasına müsahibəsi Ermənistanda ciddi narahatlıq doğurub.

Erməni siyasilər isə hesab edir ki, Arayik Arutyunyan bir çox məxfi məsələləri açmaqla Ermənistanda təlatüm yarada bilər.

"Cebhe.info"