Anar Eminov kollektivə təqdim edildi - FOTOLAR

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunan Anar Eminov aprelin 10-da universitetin kollektivinə təqdim edilib.
Bu barədə "Cebheinfo.az"a Elm və Təhsil Nazirliyindən bildirilib.
Rektoru kollektivə təqdim edən elm və təhsil nazirinin müavini İdris İsayev onun iş təcrübəsi və elmi fəaliyyəti barədə məlumat verib.
Mingəçevir Dövlət Universitetinin yeni rektoru Anar Eminov ona göstərilən yüksək etimada görə təşəkkür edib və bu etimadı doğruldacağını bildirib.
"Cebheinfo.az"