Bəzi rayonlarda yağış yağacaq- XƏBƏRDARLIQ

Bəzi rayonlarda yağış yağacaq- XƏBƏRDARLIQ

Aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə "Cebhe.info"ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

"Cebhe.info"