Amsterdamda nümayiş - 100-dən çox fəal saxlanıldı

Amsterdamda nümayiş - 100-dən çox fəal saxlanıldı

Amsterdam polisi şəhərin hərəkətli yollarından birini bağlayan Extinction Rebellion təşkilatının 100-dən çox ətraf mühit fəalını saxlayıb.

Modern.az NOS telekanalına istinadən xəbər verir ki, iki yerdə səkkiz avtomobil dairəvi yolu kəsib. Fəallar “ING Bank”ın keçmiş baş ofisinin qarşısından yola çıxıb və maliyyə qurumundan mədən şirkətlərini maliyyələşdirməyi dərhal dayandırmağı tələb ediblər.

Polis vəziyyətə müdaxilə edərək dinc aksiya keçirən 100-ə yaxın adamı saxlayıb. İki saatdan sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Saxlanılan 30-a yaxın şəxs yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək hərəkətlərdə şübhəli bilinir. Digərləri ictimai toplantılar haqqında qanunu pozduqları üçün saxlanılıb.

"Cebhe.info"