“O sümüklər Mikayıl Müşfiqə aid...” - RƏSMİ

“O sümüklər Mikayıl Müşfiqə aid...” - RƏSMİ

Sovet repressiyasının qurbanı olan şair Mikayıl Müşfiqin sümüklərinin tapılması istiqamətində hər gün yeni xəbərlər yayılır. 

"Cebhe.info" xatırladır ki, məşhur  milyarder Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.

O, atasının qalıqlarını axtararkən Stalin repressiyası illərində cəzalandırılanların bir çoxunun, o cümlədən də Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirmişdi.

Ardınca sabiq mədəniyyət naziri Əbülfəs Qarayev Qaradağ rayonunun Puta qəsəbəsində şair Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirərkən söyləmişdi ki, bu məsələ araşdırılır.

Məsələ ilə bağlı Mikayıl Müşfiqin Xızı rayonunun Sayadlar kəndindəki ev-muzeyindən "Cebhe.info"-ya bildirilib ki, həmin sümüklərin Mikayıl Müşfiqə aid olması öz təsdiqini tapmayıb:

"Qaradağ rayonunun Puta qəsəbəsindəki gizli məzarlıqda tapılmış sümük qalıqlarının Mikayıl Müşfiqə aid olub-olmaması haqqında ekspertiza təyin edildi və məlum oldu ki, bu sümüklər Müşfiqə aid deyil. Bildiririk ki, Mikayıl Müşfiqi güllələyən şəxsin onun cəsədini dənizə atdığı barədə fikirlər mövcuddur".

Ləman İsmayıl
"Cebhe.info"