2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb

2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb

2024-cü il üzrə “Pulitzer” mükafatının qalibləri açıqlanıb.

APA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, qaliblər aşağıdakılardır.

“Ən yaxşı bədii əsər” nominasiyası üzrə Jayne Anna Philipsin “Night wastch” romanı qalib olub.

“Dram əsəri” nominasiyası üzrə Eboni Booth (“Primary trsut”), tarixi əsər nominasiyası üzrə Jacqueline Jones (“No Right to an Honest Living: The Struggles of Boston’s Black Workers in the Civil War Era”) qalib olub.

“Poeziya” nominasiyası üzrə isə Brandon Som (“Tripas: Poems”) fərqlənib.

The New York Times“ qəzetinin əməkdaşı Hannah Dreyer ABŞ-da miqrant uşaq əməyinə dair silsiləsinə görə “Jurnalist araşdırması” kateqoriyasında seçilib.

The New York Times“ın jurnalistləri oktyabrın 7-də HAMAS-ın İsrailin cənubundakı hücumunu işıqlandırdıqlarına görə “Xarici reportajlar” kateqoriyasında mükafat alıblar.

Mükafatçılar arasında həmçinin Reuters və The Washington Post qəzetlərinin jurnalistləri və Rusiya Federasiyasında xarici agent kimi tanınan jurnalist Vladimir Kara-Murza da var.

"Cebhe.info"