Avropa İttifaqında bu məhsullar qadağan edildi

Avropa İttifaqında bu məhsullar qadağan edildi

Avropa Parlamentinin (AP) Baş Assambleyasında məcburi əməkdən istifadə olunaraq istehsal olunan məhsulların Avropa İttifaqı (Aİ) bazarına çıxarılmasını qadağan edən qanun 555 lehinə, 6 əleyhinə və 45 bitərəf olmaqla qəbul edilib.

"Cebhe.info" xəbər verir ki, qanuna görə Aİ bazarında məcburi əməyə cəlb olunmaqla istehsal olunan hər hansı məhsulun yerləşdirilməsi, bazara çıxarılması, idxalı və ya ixracı qadağan ediləcək.

Qanuna əsasən, Aİ-yə üzv dövlətlər və Aİ Komissiyası şübhəli malları, tədarük zəncirlərini və istehsalçıları araşdırmaq hüququna malik ola bilər.

Əgər məhsulun məcburi əmək şəraitində istehsal edildiyi aşkar edilərsə, onu internet də daxil olmaqla, Aİ bazarında satmaq artıq mümkün olmayacaq və Aİ sərhədlərində daşınmalar dayandırılacaq.

İstintaq qərarlarının beynəlxalq təşkilatlardan, əməkdaşlıq edən orqanlardan və məlumat verən şəxslərdən əldə edilə bilən faktiki və yoxlanıla bilən məlumatlara əsaslanması vacib olacaq.

Sanksiyalar çərçivəsində tənzimləmə qaydalarına əməl etməyən şirkətlər də cərimələnəcək.

Nigar Hacılı 
"Cebhe.info"