Azərbaycanla sərhəddəki kəndlərin başçıları İrəvana çağırılıb

Azərbaycanla sərhəddəki kəndlərin başçıları İrəvana çağırılıb

Əvvəl əldə edilən razılığa baxmayaraq, Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Azərbaycanla sərhəddə  Tavuş vilayətinə getməkdən imtina edib. 

“Cebhe.info” xəbər verir ki, bu barədə “24news.am” məlumat yayıb.

Kirants kəndinin başçısı Kamo Şahinyan “Ermənistan xəbərləri”-nin müxbirinə müsahibəsində bildirib ki, Əskipara, Kirants və Bağanis inzibati ərazilərinin rəhbərləri Qriqoryanla görüşmək üçün İrəvana gedəcəklər.

Mher Qriqoryanın ofisindən verilən məlumata görə isə Baş nazirin müavininin Tavuşa getməsi ilə bağlı razılıq əldə olunmayıb: “Razılaşma var idi ki, kəndlərin başçıları ilə görüş keçirilsin və bu görüş olacaq”.

Xatırladaq ki, iki gün əvvəl Qriqoryanla görüşün bazar ertəsi keçirilməli olduğunu bildirilmişdi.

Xəzər
“Cebhe.info”