Bina çökdü: Ölənlər var

Bina çökdü: Ölənlər var

Cənubi Afrikanın George şəhərində tikilməkdə olan bina çöküb.

"Cebhe.info" xəbər verir ki, hadisə zamanı azı 8 işçi həyatını itirib.

George Bələdiyyəsindən verilən açıqlamada 8 işçinin həyatını itirdiyi, 37 işçinin dağıntılar altından xilas edilərək xəstəxanaya aparıldığı, 75 işçinin isə itkin düşdüyü bildirilib.

Açıqlamada ağır yaralanan 22 işçidən 6-nın həyati təhlükəsi olduğu bildirildi və 7 işçinin yüngül yaralandığı paylaşıldı.

Üç xilasetmə qrupunun dağıntıların müxtəlif nöqtələrində axtarış-xilasetmə işlərinə davam etdiyi bildirilib.

Nigar Hacılı 
"Cebhe.info"