Tornado bu ölkəni vurdu:Ölənlər var

Tornado bu ölkəni vurdu:Ölənlər var

Çinin cənubundakı Quanqdonq əyalətinin paytaxtı Quançjouda güclü tornado baş verib, 5 nəfər ölüb, 33 nəfər yaralanıb.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Sinxua” yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Tornado yerli vaxtla təxminən saat 15:00-da Baiyun qraflığındaki Zhongluotang şəhərini vurub. Qasırğanın baş verdiyi yerdən təqribən 2,8 kilometr aralıda yerləşən Liantian kəndindəki meteoroloji stansiya küləyin maksimal sürəti 20,6 m/s təşkil edib.

Əyalət meteorologiya bürosunun ilkin araşdırması nəticəsində müəyyən edilib ki, tornadonun intensivliyi üç, ən yüksək intensivlik səviyyəsindən iki səviyyə aşağı olub və təxminən bir kilometr irəliləyib.

Dərhal hadisə yerinə şəhərin fövqəladə hallar, meteorologiya, yanğınsöndürmə idarələrinin, hidrotexniki qurğuların və səhiyyə xidmətlərinin xilasediciləri, eləcə də yerli sakinlər cəlb olunub.

Yerli vaxtla saat 10-a olan məlumata görə, ərazidə axtarış-xilasetmə işləri böyük ölçüdə başa çatıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilər 141 fabrik binasının zərər gördüyünü bildirib. Yaşayış binalarına ziyan dəyməyib.

Xəzər
“Cebhe.info”