Generalların səs-küylü rüşvət işi: Aralarında nazirin köməkçisi də var

Generalların səs-küylü rüşvət işi: Aralarında nazirin köməkçisi də var

Rusiya İstintaq Komitəsi üç generala qarşı səs-küylü rüşvət işi ilə bağlı araşdırma aparır. 

“Cebhe.info” xəbər verir ki, “Kommersant” qəzeti araşdırmanın təfərrüatlarını açıqlayıb.

Söhbət daxili işlər nazirinin keçmiş köməkçisi, nazirliyin Sankt-Peterburq Baş İdarəsinin rəisi general-leytenant Sergey Umnov, Baş İdarənin maddi-texniki təminat şöbəsinin rəisidir, general-mayor İvan Abakumov və regional Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi, general-mayor Aleksey Semenovdan gedir. Bundan başqa, müfəttişliyin hüquq şöbəsinin müdiri Yelena Kopyevanın da işi araşdırılır.

İstintaq hesab edir ki, generallar təxminən 65 milyon rubl dəyərində 11 rüşvət alma faktında iştirak ediblər. Pulu Sankt-Peterburqlu sahibkarlar verib. İstintaq Komitə onların şəxsiyyətini açıqlayıb - onlar Vladimir Platonov, Oleq İvanov, Andrey Tsarnetsa və Nadejda Smirnovadır. Rüşvət avtomobillərin qeydiyyatı xidmətlərinin göstərilməsi ilə bağlı olub.

Generallar hələ 2020-ci ildə həbs edilib. Umnov, Abakumov, Semenov və Kopieva özlərini təqsirkar bilmir.

İndi prokurorluq işin Moskvanın Lefortovo Məhkəməsinə verilməsini tələb edir, lakin vəkillər bunun əleyhinədirlər. Onlar qeyd edirlər ki, təqsirləndirilən şəxslərin və şahidlərin əksəriyyəti Sankt-Peterburqda yaşayır və işə orada baxılmalıdır.

Xəzər
“Cebhe.info”