Gürcüstanın paytaxtındakı hava limanı söküləcək - SƏBƏB

Gürcüstanın paytaxtındakı hava limanı söküləcək - SƏBƏB

Gürcüstanın paytaxtı Tiflisdə yeni hava limanı açıldıqdan sonra mövcud hava limanı bağlanacaq.

Bu barədə ölkənin İqtisadiyyat Nazirliyindən BMG media platformasına məlumat verilib.

“Mövcud hava limanının və onun infrastrukturunun yeni investisiya layihəsi kimi Gürcüstan iqtisadiyyatına hansı töhfələr verə biləcəyi ilə bağlı ilkin təsəvvürümüz var, iqtisadi nöqteyi-nəzərdəndir”, - deyə qeyd olunub.

Yeni beynəlxalq hava limanı Vaziani hərbi bazasındakı keçmiş aerodromun ərazisində, mövcud olandan 8 km aralıda görünəcək. 2028-ci ilin sonuna kimi açılışı planlaşdırılır.

"Cebhe.info"