İlin ilk 6 ayında 17 343 zəlzələ baş verib

Türkiyədə ilin ilk 6 ayında 17 343 zəlzələ baş verib. "Cebhe.info" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin ilk 6 ayında 94-ü 4.0-4.9, 5-i isə 5.0-5.9 bal gücündə olmaqla 17 343 zəlzələ baş verib.
Bu zəlzələlərin 3409-u yanvarda, 3207-si fevralda, 3017-si martda, 2697-si apreldə,2730-u mayda, 2283-ü iyunda olub.
Bu məlumatlara görə, son 6 ayda ən çox zəlzələ yanvar və fevral aylarında müşahidə olunub. Türkiyədə gündə orta hesabla 95 zəlzələ baş verib. Bu zəlzələlər nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Naibə
"Cebhe.info"