İspaniya ABŞ-İran razılaşmasına belə reaksiya verdi

İspaniya ABŞ-İran razılaşmasına belə reaksiya verdi

İspaniyanın Baş naziri Pedro Sançes İran və ABŞ arasında atəşkəsin əldə olunduğunun elan edilməsindən sonra bu hadisəni sosial media hesabında dəyərləndirib.

"Cebheinfo.az" xəbər verir ki, müharibənin bir uğursuzluq olduğunu, diplomatiya və dialoqun isə problemlərin həllində yeganə yol olmalı olduğunu vurğulayan Sançes İsrail və ABŞ-nin İrana yönəlmiş hücumlarının acı nəticələrini xatırladıb:

"7 400-dən çox ölü, əksəriyyəti mülki şəxslər. Yüzlərlə ev, məktəb və xəstəxana dağıdılıb. Qiymətlərdə ümumi artım və Avropa da daxil olmaqla milyardlarla avro itki.

Bu, İrandakı münaqişənin acı nəticəsidir. Bu gün elan edilən sülh sazişinin bu cəfəngiyata son qoyacağını, bütün tərəflərdən hörmət görəcəyini və beləliklə, Yaxın Şərqdə yeni bir dövrün başlanğıcına işarə edəcəyini ümid edirik.

Bayram edək, amma unutmayaq. Heç olmasa, bu dəfə bunu öyrənək. Müharibə bir uğursuzluqdur. Dialoq və diplomatiya yeganə yoldur".

Nigar Hacılı 
"Cebheinfo.az"