Sülhdən əvvəl İranda "təmizləmə" BAŞLADI

Sülhdən əvvəl İranda "təmizləmə" BAŞLADI

İranda dörd nəfərlik dəstəsinin dağıdılmasının təfərrüatları bəlli olub. Belə ki, ölkənin Kəşfiyyat Nazirliyi (ETTELAAT) hökumətin məxfi məlumatlarına daxil olmağa cəhd edən bir şübhəlini, küçə iğtişaşları şəbəkəsi ilə əlaqəli isə 126 şəxsi saxlayıb.

"Cebheinfo.az" bu barədə "Tasnim"-ə istinadən xəbər verir.

Nazirliyin açıqlamasında bildirilir ki, ölkənin qərb bölgələrində İsraillə əlaqəli bir şəxslə təması olan bir şübhəli həssas hökumət informasiya sistemlərinə daxil olmağa cəhd edərkən saxlanılıb.

Nazirliyin məlumatına görə, əməliyyat zamanı elektron cihazlar və digər materiallar müsadirə edilib. Ayrı-ayrılıqda, ölkənin cənub-şərqində dörd nəfərlik kəşfiyyat qrupunun dağıdılması barədə məlumat verilib. Nazirliyin məlumatına görə, bu qrupun "terrorçu və təkfirçi təşkilatlar"la əlaqələri olub, təxribat və terror fəaliyyətləri planlaşdırırb. Əməliyyat zamanı silah və sursat müsadirə edilib.

Nazirlik, həmçinin üç əyalətdə 126 şəxsin saxlanıldığını elan edib. Məlumata görə, onlar münaqişə zamanı aktiv olan "küçə iğtişaşları şəbəkəsi"nin iştirakçıları və təşkilatçıları olublar.

Bəyanatda qeyd olunub ki, saxlanılanlar arasında cinayət qeydləri olan və dövlət əleyhinə fəaliyyətlərlə əlaqəsi olduğu iddia edilən şəxslər də var. İstintaq davam edir.

Xəzər

"Cebheinfo.az"