Qəbul imtahanının 2-ci cəhdi nə vaxt keçiriləcək?

Qəbul imtahanının 2-ci cəhdi nə vaxt keçiriləcək?

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, imtahanda 9 iyun tarixinədək qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi II və III ixtisas qrupları üzrə iyulun 5-də, I və IV qruplar üzrə isə iyulun 12-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 12-də keçiriləcək.

Nigar
"Cebheinfo.az"