Bəqai: "Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək"
Cenevrə görüşündən əvvəl region ölkələrinə səfər ediləcək.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi mətbuat konfransında İranla ABŞ arasında əldə olunmuş razılaşmaya münasibət bildirib.
O deyib ki, Livanda müharibənin başa çatdırılması İran və ABŞ arasında müharibənin dayandırılması ilə bağlı razılaşmanın ayrılmaz hissəsidir və İran bu məsələdə ciddi olduğunu əməli fəaliyyəti ilə sübut edib.
Bəqai bildirib ki, Cenevrədə keçiriləcək görüşdən əvvəl region ölkələrinə səfərlər həyata keçiriləcək və bu məsələ gündəlikdə yer alır.
XİN sözçüsü əlavə edib ki, razılaşmanın imzalanma mexanizmi ilə bağlı da yaxın vaxtlarda ictimaiyyətə əlavə məlumat veriləcək.
"Cebheinfo.az"

