Litvanın Azərbaycandakı səfirliyində üç həftə konsulluq xidməti məhdudlaşdıracaq
Litvanın Azərbaycandakı səfirliyi 2026-cı il iyulun 18-dən avqustun 9-dək konsulluq funksiyalarının icrasını müvəqqəti dayandıracaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkələrdəki məlumatında qeyd olunub.
Məlumata görə, qeyd olunan dövrdə səfirlikdə yalnız təcili konsulluq yardımı göstəriləcək.
Vətəndaşlara bütün əlavə suallarla bağlı [email protected] elektron poçt ünvanına müraciət etmələri tövsiyə olunur.
"Cebheinfo.az"

